XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

30 İyun 2018 - 14:16

Taliblər Əfqanıstan-Tacikistan sərhədində yerləşən çay limanını ələ keçirib

“Taliban” hərəkatının yaraqlıları Əfqanıstan-Tacikistan sərhədində yerləşən Ayxanım çay limanını ələ keçiriblər.

“Report”un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Əfqanıstanın Taxar vilayətində yerləşən Ayxanım bu gecə taliblərin əlinə keçib.

Qarşıdurma nəticəsində iki sərhədçi öldürülüb, daha iki nəfər isə yaralanıb. Eyni zamanda 5 hərbçi əsir düşüb, ABŞ-ın “Humvee” və iki “Ranger” polis maşını məhv edilib.