XƏBƏR LENTİ

04 Mart 2021
03 Mart 2021

Digər Xəbərlər

30 İyun 2018 - 17:28

Sarkisyanın valideynlərinin evində axtarış aparılıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sabiq prezident Serj Sarkisyanın Sünik vilayətinin Teq kəndində yerləşən ata evində axtarış aparıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda orada heç kim yaşamasa da, bina ailə yurdu kimi saxlanılır.

Xatırladaq ki, iyunun 29-da Ermənistan Dövlət Gəlirləri Komitəsinin təhqiqat idarəsi sabiq prezidentin qohumu Narekin evində axtarış aparıb. Axtarış zamanı Sarkisyanın atası Levonun və bacısı Aninin adına 6,8 milyon dollar həcmində bank yatırımının sənədləri aşkarlanıb. Levon Sarkisyan xüsusi işlər üzrə səfir olduğu üçün qanunvericiliyə əsasən, bu məbləği öz deklarasiyasında qeyd etməli idi.

Komitənin təhqiqat idarəsində əmlakı deklarasiyadan yayındırmaq və qanunsuz varlanmaq faktları üzrə cinayət işi açılıb.