XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2018 - 12:11

Tramp siyasətinin əleyhinə yüzlərlə etiraz aksiyası keçirilir- ABŞ-da

ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinin əleyhinə yüzlərlə kütləvi etiraz aksiyaları təşkil olunub.

APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, aksiyalar Boston, Vaşinqton, Denver, Nyu-York və Dallasda təşkil olunub.

Etirazçılar sərhəddə saxlanılan qanunsuz miqrantların uşaqlarının valideynlərinə qaytarılmasını tələb edirlər.

Bundan əvvəl Vaşinqton polisi Tramp əleyhinə qanunsuz aksiyaya qatılmış 575 etirazçını saxlayıb.