XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

01 İyul 2018 - 12:32

Moldovanın Rusiyadakı sabiq səfirinin oğlu qətlə yetirilib- Kişinyovda

Kişinyovda Moldovanın Rusiyadakı sabiq səfiri Anatoli Tseranunun oğlu 30 yaşlı Teodor Tseranu qətlə yetirilib.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, Teodor və digər şəxs arasında baş vermiş insident atışma ilə nəticələnib. Həkimlər Teodor Tseranunun bədənində 3 güllə yarası aşkarlanıb. Hadisə yerində 32 yaşlı kişi saxlanılıb.

Saxlanılan şəxsin evindəki dəmir seyfdə çoxlu sayda silah-sursat aşkarlanıb.