XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2018 - 13:11

Tramp qeyri-leqal miqrantları deportasiya etməyə çağırıb- Məhkəmənin qərarı olmadan

“Qeyri-leqal miqrantlar məhkəmənin qərarı olmadan ölkədən deportasiya edilməlidirlər”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində bildirib.

“Biz onları dərhal, məhkəmə qərarı olmadan geri göndərməliyik. ABŞ-da qeyri-qanuni miqrantların deportasiyası üçün məhkəmə qərarının olmasını tələb edən qanunlar dünyanın ən səfeh qanunlarıdır”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, bu arada ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinin əleyhinə yüzlərlə kütləvi etiraz aksiyaları təşkil olunub. Aksiyalar Boston, Vaşinqton, Denver, Nyu-York və Dallasda təşkil olunub.

Etirazçılar sərhəddə saxlanılan qanunsuz miqrantların uşaqlarının valideynlərinə qaytarılmasını tələb edirlər.