Gürcüstanın Kaxeti bölgəsində turist avtobusunun qəzaya uğraması nəticəsində 25 sərnişin xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar Telavi şəhər xəstəxanasına çatdırılıb.
Hazırda onların 16-sı xəstəxanadadır.
Turistlərin Belarus vətəndaşları olduğu müəyyənləşib.