XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2018 - 21:08

Kim Çen In Çin liderindən sanksiyaların ləğvi prosesini sürətləndirməyi xahiş edib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpindən sanksiyaların ləğv edilməsi prosesini sürətləndirməyi xahiş edib.

Trend-in “Yomiuri” qəzetinə istinadən verdiyi məlumata görə, Kim Çen In bildirib ki, buna ABŞ prezideni Donald Trampla iyunun 12-si Sinqapurda keçirilən görüşdə əldə olunan razılaşma kömək etməlidir.

Qəzetin məlumatına əsasən, Si Cinpin Kim Çen Ina bu xahişin yerinə yetirilməsi üçün “maksimum səy göstərəcəyini” bildirib.