Malinin şimalında Fransa hərbçilərinə hücum olunub.
Trend-in məlumatına görə, naməlum şəxslər fransalı hərbçilərin olduğu zirehli avtomobil yoldan keçərkən onun yaxınlığında partlayış törədilib. Partlayışdan sonra hərbçilər və silahlılar arasında atışma başlayıb.
Məlumata əsasən, hadisə nəticəsində 6 fransalı hərbçi həlak olub, 2 dinc sakin ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.