XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 İyul 2018 - 12:40

ABŞ Konqresinin nümayəndələri Rusiyadadır –Senator münasibətlərin düzəlməsinin çox vacib olduğunu deyir

 

ABŞ Konqresinin nümayəndə heyəti ümid edir ki, ABŞ və Rusiya prezidentlərinin iyulun 16-da Helsinkidə keçiriləcək görüşü müsbət nəticələr verəcək.

TASS agentliyinin yaydığı məlumata görə, bunu ABŞ nümayəndə heyətinin rəhbəri, senator Riçard Şelby Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko ilə görüşdə deyib. O, qeyd edib ki, Rusiya ilə ABŞ ikitərəfli münasibətləri yaxşılaşdırmalıdırlar.

“Hesab edirəm ki, dah yaxşı münasibətlər bizim üçün vacibdir. Prezident Donald Tramp da bu fikirdədir”, Şelby vurğulayıb.

Senatoq qeyd edib ki, Rusiya ilə ABŞ müxtəlif maraqlı böyük ölkələrdir. “Biz rəqabət apara bilərik, amma rəqib olmamalıyıq” deyə o bildirib.

Ağ Ev və Kreml İyunun 28-də eyni vaxtda bəyan elədilər ki, Vladimir PutinləDonald Tramp arasında görüş iyulun 16-da Helsinkidə olacaq.

(Azadlıq radiosu)