XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 18:36

Medvedyevdən xəbərdarlıq: “Bizi daha ağır günlər gözləyir”
“Xarici təzyiqlərin artacağı, neftin qiymətinin çox aşağı səviyyədə qalacağı təqdirdə, Rusiya yeni iqtisadi reallığa hazır olmalıdır”.
Strateq.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedyev parlamentin bugünkü iclasında deyib. O bildirib ki, burada heç bir illüziya ola bilməz:
“Bu gün biz təkcə qısamüddətli böhranlı hallarla rastlaşmırıq. Əgər xarici təzyiqlər artsa, neftin qiyməti ekstremal aşağı səviyyədə qərar tutsa, ölkə başqa bir reallıqda inkişaf eləmək zorunda qalacaq. Bu reallıq hamımızın möhkəmliyini sınağa çəkəcək”.
Medvedyev xarici iqtisadi təzyiqlərin “Krıma görə haqq-hesab” olduğunu da gizlətməyib və əlavə edib ki, Rusiya bu ssenaridən qaça bilməzdi.