XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

02 İyul 2018 - 19:59

Putinin mətbuat katibi:"Rusiya-ABŞ münasibətlərinin istiləşməsindən danışmaq tezdir"

 

 “Rusiya-ABŞ münasibətlərinin istiləşməsindən danışmaq hələ tezdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Gəlin, münasibətlərdə istiləşmədən danışanda, tələsməyək. Sözsüz ki, təmasların intensivləşməsi məmnunedici faktdır. Lakin istiləşmədən danışmaq hələ tezdir”, – deyə D. Peskov ABŞ senatorlarının Rusiyaya səfəri zamanı prezident Putinin onlarla görüşməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavabında vurğulayıb.

Qeyd edək ki, iyulun 16-da Finlandiya paytaxtı Helsinki şəhərində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçiriləcək. Görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafı perspektivləri və beynəlxalq gündəmdə olan aktual məsələlər müzakirə olunacaq.