Türkiyənin və ABŞ-ın hərbi bölmələrinin Suriyanın Münbiç bölgəsində həyata keçirdiyi antiterror əməliyyatının səkkizinci hissəsi uğurla başa çatıb.
AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, xüsusi hərbi əməliyyatın aparıldığı Münbiç bölgəsi ABŞ-ın dəstəyi ilə 2016-cı ilin avqustunda İŞİD terrorçu qruplaşmasından təmizlənərək YPG/PKK terrorçu qruplaşmasının əlinə keçib. Türkiyə YPG/PKK terrorçu qruplaşmasının bölgədə mövcudluğunu yolverilməz hesab edir.
Qeyd edək ki, Münbiç əhalisinin 90 faizini ərəblər təşkil edir.