XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

02 İyul 2018 - 23:00

Dövlət Departamenti:“ABŞ şirkətləri İran bazarını tərk etmək istəyir”

 ABŞ şirkətləri İran bazarını tərk etmək istədiklərini elan ediblər.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma bölməsinin direktoru Brayan Huk bildirib.

Huk brifinq zamanı deyib: “50-dən çox şirkət ABŞ-ın tələbi ilə İran bazarını tərk etmək niyyətləri haqqında bəyan ediblər, xüsusən də enerji və maliyyə sektorlarını”.

ABŞ başçısı Donald Tramp iki ay bundan öncə nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib, bu da ABŞ-ın İrana qarşı sanksiyaların yenidən qüvvəyə mindiyini nəzərdə tutur.