XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

03 İyul 2018 - 13:18

22 ölkədə 66 jurnalist həlak olub- Bu ilin birinci yarısında

Bu ilin altı ayı ərzində dünyanın 22 ölkəsində 66 jurnalist həlak olub.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu rəqəm “Press Emblem Campaign” qeyri-hökumət təşkilatının Cenevrədə dərc olunmuş məruzəsində əks olunub.

Bildirilib ki, 2018-ci ilin yanvarından iyun ayınadək 22 ölkədə 66 jurnalist öldürülüb. Bu ötən ilin eyni dövründən, təxminən, üçdə bir dəfə çoxdur. Belə ki, ötən ilin birinci yarısında 50 nəfərin ölümü qeydə alınıb.

Bü dövr ərzində ölənlərin yarıdan çoxu Əfqanıstanın (11 nəfər), Meksikanın (8), Suriyanın (7), ABŞ-nın (6) və Yəmənin (5) payına düşüb.