XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2018 - 15:31

İran prezidenti ABŞ-a xəbərdarlıq etdi:"Hörmüz boğazı bağlana bilər"

İran prezidenti Həsən Ruhani bəyan edib ki, əgər ABŞ öz müttəfiqlərinə təzyiq edərək Tehrandan xam neft almamağı tələb edərsə, o zaman regionda neft ixracına ciddi maneə və təhdidlər yarana bilər.

Bu barədə Ruhani İsveçrəyə səfəri zamanı deyib.

“Amerikalılar iddia edirlər ki, İranın neft ixracatını tamamilə dayandırmaq istəyirlər. Lakin onlar bu bəyanatın anlamını dərk etmirlər. Çünki region nefti ixrac olunduğu halda, İran neftinin ixrac olunmaması üçün bu bəyanatın heç bir əhəmiyyəti yoxdur. Əgər siz (amerikalılar – red.) bacarırsınızsa bunu edin (İranın neft ixracını dayandırmağı nəzərdə tutur – red.) və nə ilə nəticələnəcəyini görün”, – deyə Ruhani ABŞ-ı təhdid edib.

Ehtimal olunur ki, Ruhani bu sözlərilə İranın Hörmüz boğazını bağlayacağına eyham vurub. Bu isə ABŞ və onun körfəz müttəfiqləri üçün ciddi maneə və təhdiddir. Çünki Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz strateji əhəmiyyətli boğazdır. Bu boğaz neft ixrac edilən Fars körfəzindən açıq okeana yeganə dəniz çıxışıdır və dünyanın strateji cəhətdən ən mühüm nöqtələrindəndir. Dünya üzrə ixrac edilən neftin 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Boğaz, həmçinin Körfəz ölkələrində hasil olunan neft və qazın ABŞ, Yaponiya və Avropa ölkələrinə çatdırılması üçün yeganə marşrut yoludur.

Xatırladaq ki, ABŞ administrasiyası sanksiyalarla əlaqədar olaraq, müttəfiq və digər ölkələrdən noyabrdan etibarən İrandan neft idxalını dayandırmalarını istəyir.

(virtualaz.org)