XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 13:49

Rusiyalı deputatdan əcaib tələb: “Miqrantlar üçün təcili yardım pullu olmalıdır…”

JirinovskiRusiya Dövlət Dumasının deputatı Vladimir Sısoev miqrantlara təcili yardımın pullu sistemə keçirilməsi üçün baş nazirin müavini Olqa Qolodesə müraciət edib.

Strateq.az bildirir ki, Liberal Demokrat Partiyasından olan deputat müraciətində qeyd edib ki, bununla bağlı “Rusiya ərazisindəki əcnəbi şəxslərə tibbi yardımın göstərilmə Qaydaları”da dəyişiklik olunmalıdır. Deputat xarici vətəndaşlara tibbi yardıma görə onlar tərəfindən haqq ödənilməsinin sənədə daxil edilməsini təklif edib.

Onun sözlərinə görə, Rusiyadakı miqrantlara tibbi xidmət göstərliməsi vətəndaşların büdcəyə ödədiyi pullardan çıxılır. Belə ki, Rusiya vətəndaşları hər il məcburi tibbi sığorta üçün yüz milyonlarla rubl ödəyirlər:

 “Bu halda milyonlarla pul havaya sovrulur”.  

Buna görə də deputat miqrantlara pulsuz tibbi yardımın göstərilməsinin ləğv edilməsinə çağırıb.