XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2018 - 15:05

Gürcüstanda hökumət başçısı istefa verib- Pataradze hakim partiyanı tərk etməyəcək

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) hökumət başçısı Zurab Pataradze istefa verib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə o keçirdiyi brifinqdə bildirib.

Z. Pataradze istefası ilə bağlı qərarın hakim komandada qəbul edildiyini deyib. O, hakim “Gürcü arzusu” partiyasında qalacağını qeyd edib.

Hökumət başçısının vəzifəsini tərk etməsi səbəbindən Acarıstan MR-in nazirlər kabineti avtomatik olaraq istefaya göndərilib.

Qeyd edək ki, Z. Pataradze 2016-cı ilin iyulundan muxtar respublikanın hökumət başçısı vəzifəsini tutub. Bundan əvvəl o, Gürcüstanın Qazaxıstanda səfiri olub.