Çin Pekin vaxtı ilə iyulun 6-na keçən gecədən başlayaraq ABŞ-dan idxal olunan, təqribən 34 milyard dollar məbləğində mallara rüsum tətbiq edəcək. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Bloomberg” iyun ayında sözügedən rüsumun ABŞ-dan idxal edilən avtomobilə, kənd təsərrüfatı və dəniz məhsullarına tətbiq olunacağını bildirib. “Bloomberg”in məlumatına görə, ümumilikdə, 50 milyard məbləğində ABŞ malına rüsum tətbiqi planlaşdırılır.