XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2018 - 16:09

Avstriya prezidenti:"ABŞ-ın İrana sanksiyaları beynəlxalq hüququ pozur"

ABŞ-ın İrana qarşı sanksiyaları üçüncü ölkələrə də təsir edir və beynəlxalq hüququ pozur.

Trend-in məlumatına görə, bu sözləri Avstriya prezidenti Aleksander van der Bellen deyib.

Prezident bildirib ki, Avstriya və Avropa İttifaqı İranla iqtisadi münasibətləri inkişaf etdirməyin tərəfdarıdır:

“Avstriya ABŞ-ın nüvə sazişindən çıxmasından və İrana qarşı sanksiyaların bərpa olunması qərarından təəssüflənir. Bu cür sanksiyalar beynəlxalq hüququ pozur”.