XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2018 - 17:05

Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları alır- Yeni memorandum imzalanıb

Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlığa dair yeni memorandum imzalanıb.

Azərtac xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidməti məlumat yayıb.

Memorandumun şərtlərinə görə, Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları alacaq. Bundan başqa, tərəflər zirehli texnikaların alınması, kosmik və aviasiya sahələrində layihələrin həyata keçirilməsi ilə bağlı məsələləri də müzakirə ediblər. Hər iki ölkə pilotsuz silah sistemləri istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi, zirehli nəqliyyat vasitələri üçün mühərriklərin yeni modellərini hazırlamaq məqsədilə birgə dizayn bürosunun yaradılması barədə də razılığa gəliblər. Bununla yanaşı, Türkiyə Ukraynanın “An-178” tipli təyyarəsinin alınmasına maraq göstərir.