XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2018 - 19:25

Venesuela Çindən 5 milyard dollar kredit alacaq- Neft hasilatını artırmaq üçün

Venesuela ilə Çin arasında 5 milyard dollarlıq kredit müqaviləsi imzalanıb. Kredit Venesuelanın neft istehsalı üzrə investisiyalarının maliyyələşdirilməsi üçün istifadə olunacaq.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Venesuela 5 milyard dollarlıq krediti neftin istehsalını artıracaq layihələrə xərcləyəcək.

Bundan başqa, Çin İnkişaf Bankı Venesuelanın dövlətə məxsus PDVSA (“Petroleos de Venesuela”) şirkətinə neft istehsalını artırmaq üçün həyata keçirəcəyi layihələrdə istifadə etmək üçün 250 milyon dollarlıq birbaşa investisiya vəsaitini təsdiqləyib.