XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2018 - 19:31

Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinin yekun nəticələri elan edilib

Türkiyənin Mərkəzi Seçki Komissiyası iyunun 24-də keçirilən növbədənkənar prezident və parlament seçkilərinin yekun nəticələrini elan edib.

“Report”un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, prezident seçkilərinin qalibi 52,59 faiz səslə Rəcəb Tayyib Ərdoğan olub.

Onun əsas rəqibi Muharrem İnce 30,64 faiz, Selahattin Demirtaş – 8,40 faiz, Meral Akşener – 7,29 faiz, Temel Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,20 faiz səs toplayıb.

Parlament seçkilərində isə 42,56 fiaz səslə hakim Ədalət və İnkişaf Partiyası (AKP) qalib gələrək 600 deputat mandatından 295-nə sahib olub.