“Türkiyənin Suriyaya müdaxiləsi dərinləşsə, Ankara bataqlığa düşəcək”.
Bunu “Röyter” agentliyinə açıqlamasında ABŞ-ın Respublikaçılar Partiyasından olan senator Lindsi Qraham deyib. Onun sözlərinə görə, Türkiyə ABŞ-ın Suriyada mövcudluğunu dəstəkləməlidir.
Qeyd edək ki, Qraham bundan öncə Türkiyəyə səfər edib. O, səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb/Axar.az.