XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

05 İyul 2018 - 13:01

Gürcü hökuməti nazirliklərin ixtisarindan 102 milyon qazanacaq –Qənaət olunan vəsait ehtiyacı olanlara paylanacaq

“Gürcüstanda “kiçik hökumət” konsepsiyasının reallaşması nəticəsində dövlət büdcəsinə iki il ərzində 250 milyon lari (102,3 milyon dollara yaxın ) qənaət ediləcək”.

Bunu hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasından olan deputat Levan Qoqiçaişvili bildirib.

Hazırda Gürcüstanın Nazirlər Kabineti 13 nazirlik və bir dövlət nazirindən ibarətdir. “Kiçik hökumət” konsepsiyasına əsasən, hökumət üzvlərinin sayı 10-na endiriləcək.

“Qənaət edilən maliyyə vəsaiti daha çox ehtiyacı olan insanlara və sosial qruplara paylanacaq. Belə qruplardan biri azyaşlı uşaqları olan ailələrdir”, – L.Qoqiçaişvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstan parlamenti hökumət strukturlarında dəyişiklər haqqında qanun layihəsini ilk oxunuşda təsdiqləyib. “Kiçik hökumət” konsepsiyası cari ilin oktyabrınadək başa çatacaq. Həmin vaxtda 2019-cu il üçün dövlət büdcəsi formalaşdırılacaq. (sputinik.az)