XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2018 - 14:00

ABŞ dövlət katibi Pxenyana gedib –KXDR lideri ilə birgə plan hazırlanacaq

ABŞ dövlət katibi Mayk Pompeo Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla iyulun 6-7-də keçiriləcək danışıqlarda iştirak etmək üçün Pxenyana yola düşüb. 

Bu barədə “İnterfaks”ın verdiyi xəbərə görə, Kim Çen Inla Mayk Pompeo arasında danışıqlar Sinqapurdakı sammitin yekununda Şimali Koreyanın lideri ilə Donald Trampın əldə etdiyi razılaşmalar çərçivəsində denuklearizasiyası üzrə müfəssəl planın hazırlanmasına həsr olunacaq.

Vaşinqtonda ümid edirlər ki, denuklearizasiya prosesi bir ildən az vaxt aparacaq.

İyulun 7-də günün ikinci yarısında M.Pompeo Pxenyandan Tokioya yola düşəcək, burada Yaponiya və Cənubi Koreyanın xarici siyasət idarələrinin rəhbərləri ilə görüşəcək, həmçinin Kim Çen Inla danışıqların yekunlarını müzakirə edəcək.

Dövlət katibinin Vyetnama və Abu-Dabiyə səfəri də gözlənilir. O bundan sonra iyulun 11-12-də keçiriləcək NATO sammitində iştirak etmək üçün Brüsselə gedəcək/Report.