XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2018 - 14:59

Avropadan Paşinyan hökumətinə “yaşıl işıq” –Ermənistan vizasız gediş üçün danışıqlara başlaya bilər

Avropa Parlamenti Ermənistana Avropa Birliyi ilə əlaqələri dərinləşdirməyə yaşıl işıq yandıracaq razılıq verib. Baş nazir Nikol Paşinyan hökumətini islahatlara çağırıb.

Avropa parlamentinin iyulun 4-də keçirilən plenar iclasında deputatlar Avropa İttifaqı və Ermənistan, eləcə də Cənubi Qafqazda əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı sazişi böyük səs çoxluğu ilə qəbul edib.

Macarıstandan olan məruzəçi Laszlo Tokes deyib ki, bu səsmənin nəticələri Ermənistan əhalisinə güclü dəstək mesajıdır. O əlavə ediv ki, Avropa Birliyi yeni hökumətə islahatlar aparmaqda dəstək verməyə hazırdır:

“Biz Ermənistanı ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları İnstitunun, eləcə də Vensiya Komissiyasnın tövsiyyələrinə əsaslanan “korrupsiya və seçki islahatları”nıdavam etdirməyə çağırırıq”.

Avropalı deputatlar Ermənistanı azad seçkilərin keçirilməsi, müstəqil məhkəmə sisteminin yaradılması, korrupsiya ilə mübarizə, çirkli pulların yuyulması, müstəqil media və digər sahələrdə islahatlar aparmağa çağırıb.

Bu islahatlar aparılarsa, Ermənistanın Avropa birliyi ölkələrinin vizasız gediş-geliş məsələsini danışıqları başlana bilər.

Avropalı deputatlar Ermənistanın Rusiyanın rəhbərlik etdiyi “Avrasiya İqtisadi İttifaqı“na üzv olduğunda görə tarif maneələrini aradan qaldıra bilmədiklərini bildiriblər.

Avropa Parlamentinin üzvləri ermənistan xalqını sülh yolu ilə hakimiyyət dəyişikliyinə görə alqışlayıblar. Bu ilin martında baş nazir seçiləcən Paşinyanı isə təbrib ediblər.

(Azadlıq radiosu)