XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 İyul 2018 - 15:33

Norveç 27 ildir Türkiyəyə qarşı döyüşən PKK-çı qadını təhvil verdi –FOTO

Norveç PKK terror təşkilatının rəhbərlərindən olan Duran Qalxana yaxınlığı ilə tanınan Gülzar Daşdəmiri Türkiyəyə təhvil verib.

Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, Qəndil dağlarındakı mağalarda xəstəliyə yoluxan Gülzar Daşdəmir Norveçə müalicə üçün gedib.

27 ildir terror təşkilatında türk əsgərlərə qarşı vuruşan PKK-lı Norveçdə də fəaliyyətini davam etdirib. Norveç dövlətinin rəsmi güc strukturları Gülzar Daşdəmirin Türkiyəyə təhvil verilməsi ilə bağlı qərar qəbul edib.