XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 09:08

Krasnoyarsklı deputat Sençenkodan Kadırova:“Sən Rusiyanın üzqarasısan”

ramzanÇeçen respublikasının başçısı Ramzan Kadırov sistemdışı müxalifətin təmsilçilərini “iqtisadi durumda qazanmağa çalışan xalq düşmənləri” adlandırıb, onlara “satqın kimi yanaşmağa” çağırıb.

Strateq.az Azadlıq radiosunun rus xidmətinin saytına istinadən bildirir ki, o bu sözləri yanvarın12-də Qroznıda jurnalistlərlə görüşərkən deyib. Bəyanatın mətnini Çeçenistan hökumətinin rəsmi saytında oxumaq mümkündür. Krasnoyarsk Qanunvericilik məclisinin deputatı Konstantin SençenkoKadırovun “sistemdışı müxalifət” haqda sözlərini öz ünvanına qəbul edib – o, bir neçə il əvvəl “Vətəndaş platforması” partiyasının yerli şöbəsinin katibi vəzifəsini tutsa da, hazırda heç bir siyasi partiyanın üzvü deyil. Sençenko öz facebook-unda Kadırovu “Rusiyanın üzqarası” adlandırıb ona qəzəbli, kəskin cavab yazıb.

“Akademik, Rusiya Qəhrəmanı, Bölgə başçısı Ramzan Kadırov məni “Rusiyanın düşməni” adlandırıb və məhkəməyə verməyə çağırıb. Məhz məni adlandırıb, çünki hazırda siyasətlə məşğulam, lakin heç bir sistemli partiyada deyiləm. Əlbəttə, mən tək deyiləm, mənim kimiləri çoxdur, lakin dünən bu açıqlamanı oxuyanda dərhal özümə aid etdim. Belə ki bu Akademikə və Qəhrəmana bunları demək istəyirəm .

-Ramzan, sən Rusiyanın üzqarasısan. Mümkün olan hər şeyi nüfuzdan salmısan. Sən Akademik rütbəsini hörmətdən saldın, çünki 3 siniflik təhsil sahibi olmaqla Rusiyanın ən böyük zəkalarının daşıdığı rütbəni daşıyırsan. Özünü Lomonosov, Mendeleyev, Landau və başqa böyüklərlə bir sıraya qoymusan. Mənim üç ali təhsilim var və bu diplomları çətinliklə əldə etmişəm. Bizdə bu cür Akademiklər olanda  xəcalət çəkirəm.

Sən Rusiya Qəhrəmanı adını gözdən salmısan. Bizim oğlanlar Çeçenistana döyüşməyə gedərkən burada, Krasnoyarskda onlara kömək topladığımız dövrləri xatırlayıram. Sən o zaman dağlarda gəzir və bizim uşaqları öldürürdün. Onlar indi torpaqlarda yatırlar, sən isə Rusiya Qəhrəmanısan.

Sən büdcə işçilərinin maaşlarının bir hissəsini əllərindən alıb bu pulları özəl fondlara köçürəndə bölgə başçısı vəzifəsini hörmətdən salmısan. Çeçenistan 90% Moskvadan dotasiyanın hesabına yaşayır, Moskva isə  bu pulları biz sibirlilərdən qopardır. Bu pullar müəllim və həkimlərin maaşına gedərkən heyfimiz gəlmir. Lakin sən büdcəçilərin pullarını əllərindən alıb özünə saraylar tikəndə bu, artıq xeyir və şərin ötəsindədir. Ona görə də sən akademik və qəhrəman öz yolunla get və normal, şərəfli, işlək insanlara öz sevimli Rusiyalarını qurmağa əngəl olma”.

 

Tatyana Lapard

Радио Свобода (ABŞ), 14.01.2016