XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

06 İyul 2018 - 20:27

Beş Avropa dövləti İrana qarşı ABŞ sanksiyalarına məhəl qoymayıb –Şirkətlərini qorumağa razılaşdılar

 

İran və “beşlik” ölkələri (Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya) öz şirkətlərini ABŞ sanksiyalarından qorumağa razılaşıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə həmin ölkələrin xarici işlər nazirlərinin Vyanada keçirilən iclasının yekununa dair bəyanatında bildirilib.

Tərəflər həmçinin İrandan neft və qaz ixracı ilə bağlı öz öhdəliklərini təsdiqləyiblər.

Qeyd edək ki, İran, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya Tehranla nüvə proqramı ilə bağlı imzalanmış Əhatəli Birgə Fəaliyyət Planına dair nazirlər səviyyəsində komissiya yaradıblar.