XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 09:52

Fransa mətbuatı:Putin Türkiyədən qisas alır: kürdlər Fəratın sahilindədir - Təhlil

235060025Məlum olduğu kimi, Demokratik birlikdən olan kürdlər və onların Suriya demokratik qüvvələrindən müttəfiqləri keçən il dekabrın 29-da Fərat sahilindəki Əbu Kəkal kəndini nəzarətə götürdülər.

Fərat çayı Türkiyə üçün isə kürdlərin heç bir halda keçməməli olduğu Rubikonu bildirir. Bütün bunlar kürdlərin qərb yönündə hücumu xüsusunda suallar doğurur.

Kürdlər isə Tişrin bəndini (bənd 2015-ci il dekabrın 26-da kürdlərin əlinə keçib) təhlükəsizləşdirməkdən çox İŞİD-in tutduğu Mənbic şəhərini ələ keçirmək istəyirlər. İstənilən halda, kürdlər Rojavaadalndırdıqları dövləti formalaşdırmaqdan ötrü Afrindən qərbə sarı yerləşən torpaqları onlara məxsus quzey ərazilərinə birləşdirmək cəhdlərini heç vaxt sirrə çevirməyiblər. Bununla belə, 2015-ci ilin iyununda Fəratı keçməyə birinci cəhd türklərin Demokratik Birliyin mövqelərinə zərbələr endirməyinə səbəb oldu. Lakin güneyə doğru yerləşən Mənbic şəhərinə türk artilleriyasının “əli” çatmır. Əzəz isə hərbi əməliyyatların episentri olub və son ayda orada döyüşlərin intensivliyi yalnız artır. Şəhərdən keçən dəhliz türk sərhədindən (Bab əs-Salam postundan) qismən üsyançılara məxsus olan Hələbə və onların Suriyanın quzey-qərbində tutduğu ərazilərə gəlir. Bir neçə cəbhə hazırda dəhliz üçün eyni zamanda təhlükə yaradır: şərqdən İŞİD, qərbdən kürd gücləri və güneydən onların müttəfiqləri.

 

Rusiya aviasiyasının dəstəyi ilə kürdlərin hücumu

 

Bu cür durumda güman etməyə əsas var ki, kürdlər Rusiya aviasiyasının dəstəyi ilə hücum edirlər. Bundan başqa, Hələb bölgəsində onların fəaliyyəti Suriya ordusu və köməkçi dəstələrlə əlaqələndirilib.Coğrafiyaçı Fabris Balanşın hesab etdiyi kimi, dəhlizin itirilməsi türk ordusunun Suriyaya müdaxiləsini doğura bilər.

Məlum olduğu kimi, Moskva Afrindəki 5 000 kürd döyüşçüsünə silah tədarük edib, Rusiya təyyarələri isə Bab əs-Salamda türk sərhədini keçən konvoyu atəşə tutub.

Rusiyann kürdlərə göstərdiyi yardım, şübhəsiz ki, keçən ilin noyabrın 24-də Rusiya bombardmançısını vurmuş Osmanlı imperiyasına cavabın bir hissəsidir.

Ankara istənilən qiymətə Əzəzdəki müttəfiqləri müdafiəyə cəhd edir, çünki onun planına görə, koalisiyanın zərbələri ilə təşkilat yetərincə zəifləyərkən İŞİD-in Hələbdən güneyə sarı mövqelərinə hücumda dayaq nöqtəsi rolunu Əzəz oynamalıdır.

 

İŞİD-in geri çəkilməyi kürdlərin və Əsədin işinə yarayacaq

 

Bununla belə, Ərdoğanın daha böyük narazılığına rəğmən İŞİD-in geri çəkilməyi, birinci növbədə, Demokratik birliyin və Suriya ordusunun işinə yarayır. Və Moskva hər şeyin belə də baş tutmağı üçün çalışır.

 

Əsədə Hələbi geri almaq lazımdır

 

Xatırladığınız kimi, Rusiyanın müdaxiləsinə qədər Əsədin bütün təşəbbüsləri iflasa dönür, ordusu isə, az qala, məğlubiyyətə düçar olurdu. Lakin keçən ilin sentyabrından nisbət dəyişildi və indi artıq qiyamçılar gəmidən qaçmağa səy göstərirlər.

Hələbin böyük rəmzi önəmi var, çünki Suriya iki şəhərin – Hələblə Dəməşqin birliyi əsasında qurulmuşdu.

ABŞ üçün isə İŞİD-lə mübarizə əsasən koalisiyanın aviazərbələrinin üçdə ikisinin cəmləndiyi İraqda dönüşür. Obama Suriyada isə Putinə tam hərəkət azadlığı verib. Amerika aviasiyası (və bir neçə müttəfiqi) 2015-ci ilin dekabrından Suriyada gündə ortalama dörd zərbə endirir, halbuki Rusiya qərargahında 30-40-dan danışırlar.

Kreml oyundakı bütün kartları işə salır. O cümlədən kürdləri də.

 

Olivye d’Ozon

Le Huffington Post (Fransa), 14.01.2016