XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 İyul 2018 - 21:14

Gürcüstan Fövqəladə Hallar Xidmətindən turistlərə xəbərdarlıq:"4 ballıq qasırğa gözlənilir"

Gürcüstanın Fövqəladə Hallar Xidməti Qara dəniz sahillərində gözlənilən növbəti qasırğa ilə əlaqədar yerli əhali və bu ölkəyə gələn turistlərə xəbərdarlıq edib.

Azərtac xəbər verir ki, Fövqəladə Hallar Xidməti Qara dənizdə sahilboyu bütün xilasetmə məntəqələrində qırmızı fənərlər yandırılıb.

Bildirilir ki, iyulun 6-7-də Qara dəniz sahillərində 4 ballıq qasırğa gözlənilir. Bu da insan həyatı üçün çox təhlükəlidir.

Xatırladaq ki, iyulun 4-5-də də Qara dəniz sahillərində qasırğa olub. İyulun 4-də iki nəfər dənizdə boğulub.

Ekspertlər bildirirlər ki, Gürcüstanın Svaneti bölgəsində baş vermiş təbii fəlakət də həmin qasırğadan sonra baş verib.