XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 İyul 2018 - 23:30

Acarıstan Muxtar Respublikası hökumətinin yeni rəhbərinin adı bəlli olub –FOTO

  

Acarıstan Muxtar Respublikası (MR) hökumətinin yeni rəhbəri vəzifəsinə namizəd irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, “Gürcüstan Energetikasının İnkişafı Fondu”nun direktoru Tornike Rijvadze Acarıstan hökumətinin yeni başçısı olacaq. Onun namizədliyi muxtar respublikanın Ali Məclisi tərəfindən dəstəklənib.

T.Rijvadze yaxın günlərdə yeni hökumətin tərkibini təqdim etməlidir. Bundan sonra Ali Məclis yeni hökumətə etimad göstərməlidir.

Məlumat üçün qeyd edək ki, Acarıstan MR-in keçmiş hökumət başçısı Zurab Pataradze iyulun 4-də istefa verib.