Partladıcı maddələr üzrə mütəxəssis Qolubev xaricdə elmi məruzə edib
Nijeqorod vilayəti Sarovsk şəhər məhkəməsi aprelin 22-ə keçən gecə dövlət sirrini açmaqda ittiham edilən alim Vladimir Qolubyevi həbsə göndərib.
Strateq.az Rosbalt.ru İA-ya əsasən xəbər verir ki, alimin vəkili Yevgeni Qubin deyib: “Məhkəmə FTXİ-nin baş müstəntiqinin xahişini təsdiq edib və 66 yaşlı alimi şəhəri tərk etməmək və münasib davranış barədə qol kağızı almaqla iki aylığa dustaq edib”.
Əvvəllər məlumat verilmişdi ki, Rusiya federal nüvə mərkəzinin əməkdaşı Vladimir Qolubev dövlət sirrini yaymaqda ittiham olunur. Partladıcı maddələr üzrə mütəxəssis Qolubev 2013-cü ildə çexiyada konfransda elmi məruzə ilə çıxış edib. Məruzə sonralar dərc olunub.