XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2018 - 13:57

İranda həbslər başladı –50-dən çox azərbaycanlı fəal saxlanıldı

İran İslam Respublikasında saxlanılan azərbaycanlı fəalların sayı 50-ni ötüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, təhlükəsizlik qüvvələri Şərqi Azərbaycan ostanının Kəlibər şəhəri yaxınlığındakı “Babək qalası” ətrafına toplaşan onlarla insanı həbs edib.

Saxlanılanlar sırasında Həmid Şəfiq, Mehdi Qolabi, Firuz Müəyyəni, Məhəmməd Haqpur, Davud Əzimzadə, Behrad Xudayari kimi tanınmış simalar da var.

Həmçinin Ərdəbil şəhərində alim Abbas İrşadifər saxlanılıb.

Qeyd edək ki, artıq uzun illərdir etnik azərbaycanlılar türk eyniliyinin rəmzi sayılan “Babək qalası” ətrafından iyulda bir araya gəlirlər.

Son illər bu görüşləri İran təhlükəsizlik qüvvələrinin təzyiqi səbəbi ilə keçirmək mümkün olmur.