XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2018 - 15:14

“Köçəryan Xüsusi İstintaq Xidmətinə gəlməyəcək” –Ermənistanın sabiq prezidentinin ətrafında müəmma davam edir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 25 iyula qədər Xüsusi İstintaq Xidmətinə gəlməyəcək.

Bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti yayıb.

Qəzet Köçəryanın bu tarixə qədər Avropada olacağını bildirib. Eks-prezidentin Avropaya getməsinin səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, bundan öncə mətbuat Köçəryanın 25 iyulda Xüsusi İstintaq Komitəsinə çağırılacağı və burada “1 mart qırğını” cinayət işi üzrə şahid kimi dindiriləcəyi haqqında məlumat yaymışdı/Axar.az.