“NATO ölkələri Rusiya ilə münasibətin qaydasında olmasını istəyir”.
Bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, məhz yaxşı münasibətlər üçün Rusiya-NATO Şurasının danışıqlarına hər zaman ehtiyac yaranacaq.
O həmçinin Almaniyanın və Avropanın XXI əsrdə də NATO-ya ehtiyacı olduğunu bildirib. Merkel NATO-nu “Almaniyanın təhlükəsizliyinin qarantı” adlandırıb/Axar.az.