XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 İyul 2018 - 18:56

Rusiya əsgərləri İordaniya sərhədinə çatdı:"Müxaliflər ağır silahlarını təslim edəcək"

Müxalifətlə atəşkəs barəsində razılıq əldə ediləndən sonra Rusiya hərbi konvoyu İordaniya ilə sərhədə doğru hərəkət edib.

Teleqraf.com xəbər verir ki, cənub əməliyyat bölməsinin sözçüsü Hüseyn Əbu Şey müzakirələrdə rusiyalı rəsmiləri ilə razılıq əldə olunduğunu bildirib.

“Müqaviləyə görə, müxaliflər ağır silahlarını təslim edəcəklər. Rus hərbi polisi İordaniya sərhədindən etibarən bölgəyə mərhələli şəkildə daxil olacaq. Müqavilənin icrasına başlaması ilə müxaliflər ailələri ilə birlikdə bölgəni tərk edə biləcəklər”.

Xatırladaq ki, iyunun 10-dan başlayan əməliyyatlar nəticəsində rejim qüvvələri ölkənin cənub-qərbindəki Derada müxaliflərdən bəzi nöqtələri geri ala bilib. İyunun 20-də isə Rusiya hava hücumları onları dəstəkləyib.

Qeyd edək ki, Astana prosesi təminatçıları Türkiyə, İran və Rusiyanın 2017-ci ilin mayında yaratdığı 4 gərginliyi azaltma bölgəsi içərisində Dəra və Kuneytra da yer alırdı.

Rusiya, ABŞ, İordaniya 2 ay sonra Dəra və Kuneytraya aid xüsusi müqaviləyə imzalamışdı. Bundan sonra ABŞ regionda dəstəklədiyi müxaliflərə yardımlarını kəsmişdi.