XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 İyul 2018 - 23:24

Tereza Mey nazirləri hədələdi:"Kollektiv məsuliyyət daşımağın zamanı yetişib”

Böyük Britaniyanın Baş naziri Tereza Mey Nazirlər Kabinetinin Avropa İttifaqından çıxmaqla bağlı planını pozacaqları təqdirdə Xarici İşlər naziri Boris Consonu və digər nazirləri istefaya göndərəcəyi barədə hökumət üzvlərinə söz verib.

Bu barədə “The Times” qəzeti məlumat yayıb.

“Biz Brexit üzrə mövqeyimizi formalaşdırarkən, mən kabinetindəki həmkarlarımıza öz şəxsi mövqeyini ifadə etməyə imkan verirdim. İndi isə vəziyyət başqa cürdür. Mövqe artıq formalaşdırılıb – kollektiv məsuliyyət daşımağın zamanı yetişib”, – deyə qəzet T.Meydən sitat gətirib.

Qeyd edək ki, Londonun Brexit üzrə strategiyası növbəti həftə rəsmi şəkildə dərc olunacaq/Teleqraf.com.