XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 İyul 2018 - 10:27

ABŞ-Şimali Koreya danışıqları dalana dirəndi –Pxenyan Vaşinqtonun birtərəfli addımlar atmağı tələb etdiyini açıqladı

Şimali Koreya ABŞ Dövlət katibi Mayk Pompeonun iştirakı ilə Pxenyanda aparılan danışıqların nəticəsindən təəssüf bildirib.

Şimali Koreya dövlət xəbər agentliyinin məlumatına görə, Vaşinqton Pxenyandan, onun raket-nüvə proqramının ləğvi ilə bağlı birtərəfli addımlar atmasını tələb edir ki, bu Şimali Koreya üçün məqbul deyil.

Məlumatda qeyd edilir ki, Şimali Koreya nüvə silahından imtina etmək ideyasına sadiqdir, amma Vaşinqtonun yanaşması bu məqsədə çatmağa xidmət etmir.

Pompeo bundan əvvəl Pxenyanda apardığı danışıqların səmərəli, uğurlu olduğunu bəyan eləmişdi. ABŞ Dövlət Departamentinin nümayəndəsi isə bundan əvvəl qeyd eləmişdi ki, konkret məsələləri həll etmək üçün işçi qrup yaradılması barədə razılıq ldə olunub.

Qeyd edək ki, bu ABŞ Dövlət katibinin, iyunun 12-də iki ölkə prezidentinin görüşündən sonra Pxenyana ilk səfəridir.

(Azadlıq radiosu)