XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2018 - 10:58

Yaponiyada fövqəladə vəziyyət –Torpaq sürüşmələrində onlarla insan öldü, ordu hərəkətə gətirildi

Yaponiyanın cənub-qərbində baş verən palçıq sürüşməsi nəticəsində ən azı 38 nəfər həlak olub, 47 nəfərdən çoxu itkin düşüb. Bu barədə Yaponiyanın NHK ictimai yayım şirkəti məlumat verib. Yayım şirkəti əlavə edib ki, palçıq sürüşməsi 1.6 milyon insanı evini tərk etməyə məcbur edib.

Ölkənin Yanğın və Fəlakətin Qarşısının Alınması İdarəsi deyib ki, daha 3.1 milyon sakinə təxliyə olunmaları haqqında tövsiyə edilib.

Yaponiyanın qərbi və mərkəzi ərazilərinə yağan dolu torpaq sürüşmələrinə və çayların aşmasına səbəb olub. Ölkənin Meteorologiya Agentliyi “tarixi” yağışlarla bağlı xəbərdarlıq yayıb.

Hava xidməti cənubda yerləşən Sikoku adasının Motoyama şəhərinə 24 saat ərzində yağan yağışın 58 santimetr səviyyəsində olduğu deyib.

Ölkənin müxtəlif ərazilərində baş verən torpaq sürüşmələri və fövqəladə vəziyyət nəticəsində 48,000 yanğınsöndürən, polis əməkdaşları və hərbi qoşunlar işə cəlb edilib.

Müdafiə naziri İtsunori Onodera daha 21,000 hərbçi hazır vəziyyətdə olduğunu bildirib.

(Amerikanın səsi)