XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 06:17

Arseni Yatsenyuk: “Ukrayna fəlakət içindədir”

“Ukrayna – Moskvanın Qərbə qarşı müharibəsinin ilk döyüş meydanıdır”

Pyetro Del Re “La Repubblica” qəzetində dərc edilmiş məqaləsində yazır ki, Ukraynanın gənc baş naziri öz ölkəsinin bütün müsibətlərində Rusiyanı ittiham edir. Arseni Yatsenyuk əcnəbi jurnalistlərin suallarını cavablandırıb.

-ölkənin şərqindəki müharibə neçəyə başa gəlir?

-Bir iqtisadçı kimi deyərdim ki, o, milyardlarla dollara oturur, lakin baş nazir kimi deyirəm ki, artıq həddindən çox insan qurbanı bahasına başa gəlib: 1800 Ukrayna əsgəri və 6 min mülki vətəndaş. Buna 15 min nəfər yaralı və milyon yarım evindən məhrum olan insanı əlavə edin. Donbasdakı Rusiya təcavüzü, birinci növbədə, humanitar fəlakətdir.

Ukraynanın Maliyyə Nazirliyinin məlumatına görə, Donetsk və Luqanskın işğalı 3 milyard dollara başa gəlib. Yatsenyukun sözlərinə görə, Kiyev hətta bir qəpik də vergi almadan bu şəhərlərdə təqaüdü ödəməyə davam edir. Ukrayna hökuməti separatçıların tutduğu ərazilərdəki mənzillərin qazla qızdırılmasına bir milyard dollar sərf edib.

Yatsenyuk Minsk razılaşması haqda sualı cavablandırarkən dedi: “Biz bu razılaşmanın yerinə yetirilməsindən uzağıq, çünki hələ də atəş açılır. Başlıcası isə ona görə ki, Rusiya qiyamçıları hələ də tank, silah və pulla təmin edir. Biz Avropa Birliyinin sərhədlərini Rusiya müdaxiləsindən müdafiə edirik. Ukrayna – Moskvanın Qərbə qarşı müharibəsinin ancaq ilk döyüş meydanıdır. Hamımız təhlükə içindəyik, çünki Rusiya hətta BMT-nin dünya nizamını təşkil etməli olan Təhlükəsizlik Şurasının beş üzvündən biri olsa da, planeti qarışdırmaq istəyir. Müdafiə olunmaqdan ötrü silah istəmişik, təəssüf ki, onu hələ də almamışıq. Rusiya ipə-sapa yatmayandır. Keçən il bizim təhlükəsizlik xidmətimiz Rusiyanın aviasiyadan istifadə etməklə Ukraynada irimiqyaslı əməliyyat məsələsini nəzərdən keçirdiyi barədə məlumat əldə edib. Putinə inanmaq olmaz Heç vaxt öz düşmənini yetərincə qiymətləndirməməyinə dəyməz. Bundan başqa, Putin bərk qozdur. O ancaq özünün danışdığı dili – kobud dili başa düşür. Problem bundadır ki, o, iqtisadi problemlər yaşayan ölkəsini çox yüksək qiymətləndirir. Rusiya hərbi planda NATO-dan zəifdir, iqtisadi perspektivləri pisdir, əhali qocalır, oğrular hökuməti diktator vərdişinə malikdir”.

Krımın ilhaqından sonra iqtisadi sanksiyalar Qərbin düzgün addımı oldu. Yatsenyuk deyir: “Bu gün Rusiyanın Minsk razılaşmasını yerinə yetirməsinə nail olmağın ən yaxşı üsulu sanksiyaların sərtləşdirilməsi ola bilər”.

Yatsenyuk Luqansk və Donetsk haqqında bildirdi ki, onların Ukraynaya reinteqrasiyası üçün Minsk razılaşmasının nəzərdə tutduğundan daha çox vaxt tələb olunur. Krıma gəlincə isə, baş nazir qeyd etdi: “Onun Rusiya tərəfindən ilhaqını heç vaxt heç kim qəbul etməyəcək. Moskvadakı rejim gec-tez çökəcək. Keçən il Odessanın küçələrində “Rusiyalı olmaq necə də xoşbəxtlikdir” deyib qışqıranlar bu gün öz seçimlərinə acı-acı təəssüf edirlər. Əminəm ki, mənim nəslim və sonrakı nəsillər Krımın yenidən bizim olması üçün əlindən gələni edəcək”.