XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2018 - 14:00

Türkiyədə minlərlə məmur işdən qovuldu –FETÖ ilə əlbir olanlar bütün imtiyazlarını itirir

Türkiyədə 18 mindən çox dövlət qulluqçusu işdən gənarlaşdırılıb. Onlar ölkənin “milli təhlükəsizliyinə” qarşı fəaliyyət göstərən qrupla əlbir olmaqda şübhəli bilinirlər.

İyulun 8-də dərc olunan fərmanla 3 qəzet və 1 televiziya kanalı da daxil olmaqla 12 Asosasiya bağlanıb.

Təkcə baş təhlükəsizlik idarəsindən 9 min nəfər qovulub. Həmçinin elmi institutların 199 əməkdaşı işdən kənarlaşdırılıb. Bu addım,ölkədəki mövcud fövqəladə vəziyyət rejiminin bu ay aradan qaldırılmasının mümkünlüyü fonunda baş verir.

Fövqəladə vəziyyət rejimi 2016-cı il uğursiz qiyam cəhdindən sonra tətbiq edilib.

İşdən çıxarılanlar, dövlət məmurları üçün nəzərdə tutulan imtiyazlarından məhrum edilir və indən belə dövlət qurumlarında çalışa bilməzlər. Türkiyə hakimiyyəti hesab edir ki, 2016-cı ildə baş verən çevriliş cəhdini hazırda ABŞ-da yaşayan ilahiyatçı Fətullah Gülən təşkil edib.

(Azadlıq radiosu)