XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2018 - 15:29

Trampa qarşı çoxminlik aksiya –Belçikada ABŞ prezidentini görmək istəmirlər

İyulun 11-12-də Belçikanın paytaxtı Brüsseldə təşkil ediləcək NATO zirvəsində iştirak edəcək ABŞ prezidenti Donald Tramp əleyhinə aksiya keçirilib.

Strateq.az xəbər verir ki, minlərlə etirazçı paytaxt Brüsseldə toplaşaraq Tramp əleyhinə şüarlar səsləndiriblər.

Onlar “Trampı dayandırın!”, “Kiçik əllərini haqlarımdan uzaq saxla!”, “İqlim dəyişikliyi yalan deyil!”, “Cəhənnəm çuxurumuzdan uzaq dayan!” kimi şüarların yazıldığı plakatlar nümayiş etdiriblər.

Həmçinin, Trampın Yaxın Şərq, Fələstin siyasəti tənqid edilib, dünyadakı sülh prosesinə ziyan vurduğu bildirilib.

Aksiya polislərin geniş nəzarəti altında insidentsiz başa çatıb.