XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2018 - 16:35

ABŞ Şimali Koreyanın ittihamlarını rədd edir –Vədlər yerinə yetirilməyincə, sanksiyalar qüvvədə qalacaq

ABŞ Dövlət katibi Mayk Pompeo, ABŞ-ın Şimali Koreya ilə danışıqlarda özünü “Qanqster” kimi aparması ilə bağlı Pxenyanın ittihamını rədd edib.

Qərb mətbuatının yaydığı xəbərə görə, o iyulun 8-də bəyan edib ki, Pxenyan, nüvə silahının ləğvi ilə bağlı lideri Kim Çen İnın vədini yerinə yetirməyincə, bu ölkəyə qarşı sanksiyalar qüvvədə qalacaq.

Qeyd edək ki, Pompeo bundan əvvəl Pxenyanda Şimali və Cənubi Koreya rəsmiləri ilə danışıqlar aparıb və görüşlərdən sonra danışıqların tam uğurlu olduğunu bəyan edib.

Şimali Koreya isə bu bəyanatdan dərhal sonra, danışıqların nəticəsindən təəssüf bildirib və qeyd edib ki, Vaşinqton nüvə proqramının ləğvi ilə bağlı Şimali Koreyadan birtərəfli addımlar atmağı tələb edir ki, bu Şimali Koreya üçün məqbul deyil.

Pxenyan həmçinin vurğulayıb ki, nüvə silahından imtina etmək ideyasına sadiqdir, amma Vaşinqtonun yanaşması bu məqsədə çatmağa xidmət etmir.

Qeyd edək ki, ötən ay-iyunun 12-də Sinqapurda iki ölkə prezidenti arasındatəkbətək görüş olub və Şimali Koreyanın nüvə proqramından imtina etməsi barədə razılıq əldə olunub.

(Azadlıq radiosu)