Əfqanıstanın Qəznə əyalətində Müdafiə naziri Tariq Şah Bəhraminin olduğu valilik binasına raket atılıb.
Bu barədə valilik sözçüsü Arif Nuri nazirin qatıldığı təhlükəsizlik iclasının keçirildiyi binaya hücum zamanı 8 nəfərin yaralandığını açıqlayıb. Nazir hadisə zamanı xəsarət almayıb və dərhal toplantını ləğv edərək, binanı tərk edib.
Hücumun məsuliyyətini Taliban qruplaşması üzərinə götürüb/Axar.az.