XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

09 İyul 2018 - 19:15

Tramp:"ABŞ-ın NATO-ya digər ölkələrdən daha çox pul  ayırması ədalətsizlikdir"  

“ABŞ NATO-ya digər ölkələrdən daha çox vəsait sərf edir. Bu, ədalətsizlikdir və qəbuledilməzdir”.

“Report”un məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp “Twitter”dəki səhifəsində yazıb.

D.Tramp bildirib ki, bununla belə NATO-nun ABŞ-dan daha çox Avropaya xeyiri dəyir: “Bəzi hesablamalara görə, NATO üzrə ödənişlərin 90% ABŞ-ın payına düşür, halbuki bir çox ölkələrin öhdəliyi heç 2% təşkil etmir”, – ABŞ prezidenti qeyd edib.