XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2018 - 17:18

Fondun pullarını qumara qoyan rəhbər istefa verdi –Ara Vardanyan 2 ildə 130 milyonun axırına çıxıb

“Hayastan” Ümumermənistan fondunun icraçı direktoru Ara Vardanian vəzifəsindən istefa verib. O, həmin postda qalmasının fondun imicinə ziyan vurduğunu, bu durumun özü üçün qəbuledilməz olduğunu bildirib.

Strateq.az “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, Vardanyan bəyanatında deyir:

“Hayastan ümumerməni fonduna ümumxalq inamı və onun xeyirxah adı hər şeydən, istənilən şəxsin davranışından və üstün tutduğu məqamlardan yuxarıda durur. Mən bunu dərk edərək 9 il bu ən böyük quruma rəhbərlik etmişəm. Fondun adını bilməyərəkdən ləkələdiyimə görə dərindən təəssüflənirəm”.

Vardanian fondun bütün donorlarından, təqaüdçülərdən, iri xeyriyyəçilərdən üzr istədiyini yazır. O, ianələrin təyinatı üzrə xərcləndiyini, Ermənistanda və Qarabağda (Azərbaycanın işğal altında olan bölgəsi – red.) məktəblərin, bağçaların, xəstəxanaların, mədəniyyət mərkəzlərinin tikintisi və təmirinə sərf olunduğunu qeyd edir.

Ara Vardanian ötən gün ölkə prezidenti Armen Sarkisyana istefa ərizəsini təqdim edib. Ona vəzifə səlahiyyətindən sui-istifadə ittihamı irəli sürülüb. Ancaq istefa ərizəsini fondun qəyyumlar şurası təsdiqləməlidir.

Vardanian vəsaitlərin mənimsənilməsində, vəzifə səlahiyyətindən sui-istifadədə şübhəli bilinərək milli təhlükəsizlik xidməti tərəfindən iyulun 3-də saxlanıb. İyulun 5-də zaminə buraxılıb.

Təhlükəsizlik Xidmətinin məlumatına görə, Vardanian faktlar qarşısında etiraf edib ki, fonda verilmiş kredit kartı və 25 milyon dramlıq kredit xəttindən şəxsi məqsədlər üçün istifadə edib, onlayn kazinoya pul qoyub. Vardanyanın kredit kartından silinən pulları fonda ayrılan ianələrlə qaytardığı, daha sonra mühasibatlığa şəxsən nağd pul köçürərək fondun vəsaitlərini mənimsədiyini ört-basdır etdiyi bildirilir.

O da qeyd olunur ki, saxlanmamışdan öncəki bir həftə ərzində Vardanyan fondun bank kartından onlayn kazinoya 14 milyon dram köçürüb. 2016-2018-ci illər ərzində köçürülən vəsait isə 130 milyon drama yaxın olub.