Yunanıstan Baş naziri Aleksis Çipras ölkənin ana müxalifət partiyası Yeni Demokratiyanın lideri Dora Bakoyanninin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmərasiminə qatılmasını sərt tənqid edib.
Baş nazir müxalif liderinin hökumətlə məsləhətləşmədən bu addımı atmasını qəbul etməyib.
“İki əsgərimiz 4 aydır ki, Türkiyədə saxlanılır. Yunan siyasilərinin Türkiyədəki siyasi şoulara qatılmasının bizim problemlərimizə heç bir xeyiri ola bilməz”, – deyə Çipras bildirib/Axar.az.