XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2018 - 01:06

Pakistanda kamikadze özünü partladıb, 12 nəfər həlak olub –Ölənlərdən biri partiya sədridir

Pakistanın Pişəvər dairəsində törədilən partlayış nəticəsində azı 12 nəfər həyatını itirib.

“Report” “Dawn” nəşrinə istinadən xəbər verir ki, kamikadze Avami milli partiyasının yığıncağı zamanı özünü partladıb.

Nəticədə 30-dan çox insan xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib. Ölənlər arasında partiya lideri Harun Bilur da var.