XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

11 İyul 2018 - 16:26

İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb- Çabahar bölgəsində

İranın Hərbi Hava Qüvvələrinə məxsus F-4 tipli təyyarə Çabahar bölgəsində qəzaya uğrayıb.

Azərtac yerli mətbuata istinadla xəbər verir ki, havaya qalxan təyyarənin mühərrikləri qəflətən dayanıb. Pilotlar qəza vəziyyətinin yaranması haqqında mərkəzə məlumat verərək paraşütlə tullanıblar. Qəzanın səbəbi kimi texniki nasazlıq göstərilir.

Xatırladaq ki, ötən ay İranın Hərbi Hava Qüvvələrinə məxsus F-7 tipli təyyarə də İsfahan yaxınlığında qəzaya uğramışdı.